Avropa və ABŞ arasında müzakirə olunan və Rusiyanı maliyyə mənbələrindən məhrum etməq məqsədilə hazırlanan Rusiya neft-qazından imtina barədə təşəbbüsə rəsmi Moskvadan cavab gəlib.
Neftin qiymətində yeni rekord gəlir – 140 DOLLARA YAXINLAŞDI
FED.az xəbər verir ki, Rusiyanın baş nazirinin müavini Aleksandr Novak bu ideyanın müəlliflərinə xəbərdarlıq edib. Rusiya rəsmisi bildirib ki, Avropa və dünya Rusiya neft-qazından imtina etsə, dünya bazarında fəlakətli vəziyyət yaranacaq, qiymətilər indiyədək görünməyən həddə yüksələcək.
Onun sözlərinə görə, rusiya neftindən imtina nəticəsində 1 barel neft 300 dollaradək, hətta daha çox bahalaşa bilər.
Novak bildirib ki, Rusiya neft və neft məhsularına mümkün embarqo ideyasından narahatdır. «Moskva Avropanın ən byöük neft ixracçısı kimi öz öhdəliklərinə əməl edir»-deyə baş nazirin müavini bildirib.
Qeyd edək ki, Ukrayna hadisələri, daha dəqiqi Rusiyanın Ukraynanın bir hissəsini işğal etməsinə cavab olaraq, Qərb Rusiyaya qarşı sanksiyaları gücləndirir. Döyüşlər dayanmadığına görə, Qərb Rusiyaya təzyiqi daha da artırmağa çağışır və yeni tədbirlərdən biri kimi Rusiya neftindən imtina müzakirə edilir.
Bu gün ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, hazırda ABŞ və Avropa Rusiyaya qarşı daha təçsirli addamlar atmaq üçsün rusiya neftindən imtina barədə ciddi müzakirələr aparırlar. Bu bəyanatdan sonra neftin qiyməti 139 dollaradək bahalaşıb.