Rusiya neftinə embarqo qoyulması ilə bağlı narahatlıqlar fonunda Brent markalı neftin qiyməti 140 dollara yaxınlaşıb.
"Neftin 10 dollar bahalaşması əlavə 1,4 milyard dollar gətirir" - MÜSAHİBƏ
FED.az xəbər verir ki, Bahalaşma ABŞ dövlət katibi Antoni Blinkenin Avropalı müttəfiqləri ilə Rusiyadan neft idxalını dayandırmağı müzakirə etdiyini deməsindən sonra baş verib.
Neft qiymətləri yeni həftəyə Rusiyaya qarşı mümkün yeni sanksiyaların tədarükə zərbə vuracağı gözləntiləri ilə sürətli yüksəlişlə daxil olub.
Brent nefti 139 dollar, ABŞ xam nefti isə 130 dollar sınaqdan keçirib.
2013-cü ilin fevral ayından bu yana ən yüksək səviyyəyə qalxan Brent markalı neftin barel qiyməti ABŞ-ın Rusiya nefti, mayeləşdirilmiş təbii qaz və neft-kimya məhsullarına qadağa qoyacağına dair qanun layihəsinin yaradılması və tədarük narahatlıqları səbəbindən 23,8% artıb. Neft qiymətləri ötən həftəni 116,7 dollarla başa vurmuşdu.
Qiymət artımına Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları, Rusiyadan mümkün əks-sanksiyaların tədarükü pozacağına dair narahatlıqlar, ABŞ və Avropa ölkələrinin Rusiyadan neft idxalını dayandırmağı müzakirə etdiyi xəbərləri səbəb olub.
«Rusiyaya neft embarqosu» planları
ABŞ dövlət katibi Antoni Blinken Avropalı müttəfiqləri ilə Rusiyadan neft idxalını dayandırmağı müzakirə etdiklərini açıqlayıb.
Amerikanın NBC kanalında yayımlanan “Mətbuatla tanış” proqramına qatılan Blinken enerji qiymətlərinin artdığı günlərdə Rusiyadan neft idxalına qadağa qoyulmasını müzakirə etdiklərini bildirib.
"Biz avropalı tərəfdaşlarımızla Rusiyanın ölkələrimizə neft satışının qadağan edilməsini fəal şəkildə müzakirə edirik. Lakin biz qlobal neft tədarükünün sabit saxlanılması məsələsini də müzakirə edirik", - Blinken bildirib.
Qeyd edək ki, son məlumatlara görə, ABŞ-ın neft alışlarında Rusiyanın payı 3% təşkil edir.