"Shah Deniz Compression" (SDC) layihəsinin həyata keçirilməsi Azərbaycana əlavə olaraq təxminən 50 milyard kubmetr təbii qaz və 25 milyon barel qaz kondensatı hasilatını təmin edəcək.
SOCAR gələn il 450 milyon manat dividend ödəməli olacaq
FED.az xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bildirir.
Qeyd olunur ki, SDC layihəsi üzrə yekun investisiya qərarı konsorsium tərəfindən 2025-ci ilin iyun ayında qəbul edilib və layihənin ümumi dəyəri 2,9 milyard ABŞ dolları olaraq qiymətləndirilib.
"S&P"nin gözləntilərinə görə, SOCAR-ın 2025-ci ildə neft hasilatı 2024-cü il səviyyəsində (7-7,5 milyon ton neft və 7-8,5 milyard kubmetr təbii qaz) qalacaq.
"SOCAR ölkədə neft və qaz hasilatına nəzarət edir: 2024-cü ildə onun əsas idarəçiliyində olan aktivlərdə, eləcə də bir sıra nisbətən kiçik birgə müəssisələrdə 7,5 milyon ton neft və 7,7 milyard kubmetr təbii qaz hasil edilib", - agentlik bildirib.
Xatırladaq ki, SOCAR – hasilat, daşınma, emal və satış fəaliyyət ilə məşğul olan Azərbaycanın şaquli inteqrasiya olunmuş milli neft və qaz şirkətidir. (Report)












