ABŞ-ın "Halliburton" neft xidməti şirkəti Rusiyadakı əməliyyatların dərhal dayandırıldığını açıqlayıb.
Eləcə də bax: Polşa Rusiyadan qaz almaqdan - İMTİNA EDİB
FED.az xəbər verir ki, bu barədə şirkətin saytında qeyd olunub.
Şirkət qeyd edib ki, onun Rusiya Federasiyası ərazisində birgə müəssisələri yoxdur. Rusiyaya ehtiyat hissələri və məhsulların çatdırılması bir neçə həftə əvvəl "Halliburton" tərəfindən dayandırılıb.
Qeyd edək ki, "Halliburton" dünyada ikinci ən böyük neft-mədən xidmətləri şirkəti və ABŞ-da neft sənayesi üçün ən böyük avadanlıq təchizatçısıdır. (Trend)