Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birola cavab verib ki, "Avropa enerji təchizatçısı kimi Rusiyanı itirib".
Avropa ölkələrindən Rusiya neftinin qiymətinə - 62 DOLLARLIQ LİMİT
FED.az xəbər verir ki, o, müvafiq mesajı Twitter səhifəsində yazıb.
"Avropa Amerikadan LNG-ni daha yüksək qiymətə ala bilmək üçün əsas enerji təchizatçısı kimi Rusiyanı itirdi. Böyük nailiyyətdir!" - Ulyanov Twitter səhifəsində yazıb.
Qeyd edə ki, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib ki, Rusiya Federasiyasında neft hasilatı 2023-cü ilin birinci rübünün sonuna qədər gündəlik 2 milyon barel azalacaq. Avropa bu xammalı əvəz etməli olacaq. O qeyd edib ki, Rusiya enerji alıcısı kimi Avropanı həmişəlik itirib. (Marja)