Nəhəng neft-qaz şirkəti olan Royal Dutch Shell 31 il davam edən “neft sızıntısı iddiası”nda Nigeriyadakı Ogoni xalqına 110 milyon dollar təzminat ödəməyi qəbul edib.
Eləcə də bax: İran Xəzərdə nəhəng qaz yatağı tapdı – O DA AVROPAYA SATMAQ İSTƏYİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, təzminat 21 gün içində ödənilməlidir.
Yanvar ayında neft-qaz şirkəti 2008 və 2009 -cu illərdə səbəb olduğu neft sızıntısına görə 84 milyon dollar təzminat ödəməyi qəbul etmiş və çirklənmiş Bogo çayını təmizləyəcəyini açıqlamşdı.
Qeyd edək ki, Afrikanın ən böyük və dünyanın 7 -ci ən böyük xam neft ixracatçısı olan Ogoni xalqı, 1993 -cü ildən Shell -in bölgəni tərk etməsinə etiraz aksiyaları təşkil edirlər.