Ötən il Gürcüstan Azərbaycandan 1 101,975 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.
Eləcə də bax: BP “Şəfəq-Asiman” yatağında ilk kəşfiyyat quyusunu - QAZMAĞA BAŞLADI
FED.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.
2019-cu ildə qonşu ölkə, ümumilikdə, 1 626,51 milyon kilovatt/saat elektrik enerjisi tədarük edib ki, bu həcmin də 67,75%-i Azərbaycanın payına düşüb.
İllik müqayisədə Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını 128,945 milyon kilovatt/saat və yaxud 10,4% azaldıb.
Hesabat ilində Gürcüstanın ixrac etdiyi elektrik enerjisinin həcmi isə 243,42 milyon kilovatt/saata bərabər olub. Bunun da 12,104 milyon kilovatt/saatını Azərbaycan alıb.