Bu ilin may ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 458 min barel səviyyəsində olub.
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
FED.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına görə, aprel ayında qeyd olunan göstərici 460 min barel səviyyəsində olub. Belə ki, may ayında Azərbaycanda ortalama gündəlik neft hasilatı aylıq müqayisədə 2 min barel azalıb.
Məlumata əsasən, ilin birinci rübündə qeyd olunan göstərici 454 min barel təşkil edib.
Bildirilir ki, 2025-ci ildə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 461 min barel olub, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 20 min barel azdır.
Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir. (Apa)













