Bu ilin aprel ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 460 min barel təşkil edib.
Gələn il neftin və qazın orta satış qiymətinin bu ilə nisbətən aşağı olacağı proqnozlaşdırılır - AMB sədri
FED.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında bildirilir.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı mart ilə müqayisədə 3 min barel çoxdur.
Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, apreldə faktiki hasilat 91 min barel geriləyib.
Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 454 min barel təşkil edib.
2025-ci ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 461 min barel olub. (Report)













