Dünya bazarlarında Brent markalı neft 77 dollara enib ki, bu da 2021-ci ilin dekabrın 27-dən indiyədək ən aşağı səviyyədir.
London ICE birjasında keçirilən hərracların nəticəsi olaraq neftin qiyməti 3,52% azalaraq 76,92 dollara enib. Bir qədər sonra qiymətlər yenidən artaraq 77,47 dollar olub.
Qeyd edək ki, son günlər neftin qiyməti sürətlə azalır. Dekabrın 6-da neft 80 dollardan aşağı qiymətə satılmışdı ki, bu da 2022-ci ilin yanvarın 6-dan sonra ən aşağı hədd demək idi.