Avropada Rusiya neftinin boykotu neftin qiymətinin 200-250 dollara yüksəlməsinə səbəb ola bilər.
Azərbaycan nefti daha 6 dollar bahalaşdı – SON QİYMƏT
FED.az xəbər verir ki, bu barədə dünyanın aparıcı treyderləri Financial Times-ın apardığı sorğuda bildiriblər. Məşhur hec-fondların idarəçisi Pyer Andyuran bildirir ki, Avropa rusi neftini birdəfəlik itirə bilər və bu qiymətlərin 1 barel üçün 250 dollara yüksəlməsinə səbəb olacaq.
Başqa treyderlər də hesab edir ki, boykot nəticəsində Avropa bazarı gündəlik 3 milyon barel rusiya neftindən məhrum olacaq.
Xammal hec-fondlarının idarəçisi Daq Kinq hesab edir ki, boykot neftin 200-250 dollara yüksəlməsinə səbəb olab bilər və bu baş versə, enerji daşıyıcıları bazarında şok effekti yaradacaq. Onun fikrincə neftin qiymətləri o zaman sabitləşəcək ki, başqa ölkələrin neft hasilatı rus neftini əvəz edə bilsin, buna isə 12-18 ay vaxt tələb olunur.
Sinqapurlu ekspertlər daha təmkinlidir. Sinqapurun transmilli birja şirkəti «Trafigura»nın rəhbərlərindən biri Ben Lakok hesab edir ki, Brent neftinin bir barelinin qiyməti ən çoxu 150 dollara yüksələ bilər. Onun fikrincə bu bahalaşmanın nəticələrini ən çox kasıb ölkələrin əhalisi hiss edəcək.