Dünya bazarında Azərbaycan neftinin qiyməti kəskin artıb.
FED.az xəbər verir ki, «Azeri light» markalı neftin qiyməti dünən martın 23-də 6 dollara yaxın bahalaşaraq 119,31 dollardan 125,57 dollara yüksəlib. Bu - qiymətin 6 diollardan cox və ya 5% bahalaşması deməkdir.
Xatırladaq ki, qiymətlər Rusiya-Ukrayna münaqişəsi və Qərbin Rusiya neftinə sanksiyaları fonunda yüksəlir.
Azərbaycanın 2022-ci il üzrə dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürülüb.