Səudiyyə Ərəbistanının neft obyektlərinə husilərin hücumu və neftin kəskin bahalaşmasının nəticəsi olaraq Rusiyanın neft şirkətlərinin səhmləri bahalaşıb.
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün Moskva birjasında neft şirkətlərinin səhmlərinin qiymətində 3% artım baş verib.
Eləcə də bax: Neftdə 1988-dən bu yana ən böyük artım - REKORD
Belə ki, Bakı vaxtilə saat 11.40-a "Rosneft"in səhmləri 3,61% artaraq 424,85 rubl, "Lukoyl"un səhmləri 2,71% bahalaşaraq 5,523 min rubla, "Surqutnefteqaz"ın səhmləri isə 2,18% artaraq 38,19 rubla çatıb. Bundan başqa "Tatneft"in səhmlərində 1,64% artım baş verərək 745,20 rubla, "Qazprom neft"də isə 1,17% artımdan sonra səhmin qiyməti 418,5 rubla çatıb.