OPEC+ alyansının sazişlə bağlı qərarlarının gözlənildiyi bir zamanda dünya bazarlarında neftin ucuzlaşması 2,7%-dək sürətlənib.
Eləcə də bax: Rusiyanın neft hasilatı gündəlik 1 milyon barel - AZALIB
FED.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 2,71% ucuzlaşaraq 1 bareli 113,14 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 2,75% düşərək 1 bareli 112,09 ABŞ dolları təşkil edib.
Neft bazarlarına təsir edə biləcək həftənin əsas hadisəsi bu gün keçiriləcək OPEC+ iclasıdır. Alyans üzvləri gündəlik hasilatı əvvəlki kimi – 432 min barel səviyyəsində saxlayıb-saxlamamaq barədə qərar qəbul etməlidir.
Treyderlər OPEC+ alyansının Rusiyaya qarşı tətbiq olunan sanksiyalar fonunda neft hasilatının təxminən 1 milyon barel azalmasını kompensasiya etmək üzərində işlədikləri barədə xəbərləri qiymətləndirirlər. (Report)