"Ukraynada baş verən müharibə nəticəsində Rusiyaya tətbiq olunan sanksiyaları nəzərə aldıqda Rusiyanın neft hasilatı gündəlik 1 milyon barel azalıb".
Eləcə də bax: Rusiya neftinin digər ölkələrə satışı da – QADAĞAN EDİLƏCƏK
FED.az xəbər verir ki, bunu "Baku Energy Forum"da çıxış edərkən Beynəlxalq Enerji Forumunun (IEF) Baş katibi Cozef Makmoniqlen deyib.
O bildirib ki, analitiklərin son təhlillərinə görə, Avropa İttifaqının son sanksiyaları və digər sanksiyaları hazırda öz təsirini göstərməkdədir.
"Müxtəlif sektorlar üzrə Rusiyanın ixracı gündəlik azalır. Bu qlobal səviyyədə də özünü göstərir. Bu milyon barel bilinmir ki, yaxın müddətdə bərpa olunacaq, ya yox. Vaxt keçdikcə bu 3-4 milyon barelə çata bilər. Rusiyanın 4,5 milyon barel ixracına qarşı kifayət qədər ehtiyat olmalıdır ki, bazarın tələbatını təmin olunsun", - Cozef Makmoniqlen qeyd edib. (Apa)