Dövlət Neft Fondu 2020-ci ilin yanvarında satdığı valyutanın həcmini açıqlayıb.
Fonddan FED.az-a verilən məlumata görə, ötən ay 300,2 milyon dollar satılıb. Ötən illə müqayisədə valyuta satışı iki dəfədən də çox azalıb. Belə ki, 2019-cu ilin yanvarında Neft Fondu 634,9 milyon dollar satmışdı.