Cari ilin üçüncü rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Şimali Amerika ölkələrində investisiya portfelini genişləndirib.
FED.az xəbər verir ki, Neft Fondunun 2019-cu ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il sentyabrın 30-na Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 23,71 faizi Şimali Amerika təşkil edib. İlin ikinci rübünün sonuna olan məlumata görə isə ARDNF-in coğrafi regionlar üzrə təsnifatında 19,93 faizi Şimali Amerika təşkil edirdi. Beləliklə də, iyul-sentyabr aylarında Neft Fondu Asiya-Sakit Okean ölkələrinə investisiyalarını 3,8 faizədək artırıb.
Eləcə də bax: Neft Fondu 10 faizdən çox artım açıqladı - 42,5 MİLYARD DOLLARI AŞIB
Dövlət Neft Fondunun Avropa ölkələrinə investisiyaları isə azalıb. Belə ki, Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Avropaya investisiyalar cari ilin üçüncü rübündə ötən rüblə müqayisə 37,48 faizdən 35,45 faizə düşüb.
Azərtac