Dünya bazarında neftin qiyməti bu gün də azalıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iyulun 1-də Brent markalı neft daha 2% və ya 1,52 dollar ucuzlaşaraq 71.43 dollara enib.
WTI neftinin qiyməti də ucuzlaşaraq 68,37 dollara enib – 1,13 dollar və ya 1,63% azalma.
Azərbaycan nefti də cüzi olaraq ucuzlaşıb və iyunun 30-dakı hərraclarda 75 dollara satılıb.














