ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin noyabr müqaviləsinin dəyəri 0,20% artaraq, 1 barelə görə 95,38 dollar təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,09% azalaraq, 91,71 dollar olub.