Dünya bazarında neft qiymətləri yenidən bahalaşmağa başlayıb.
FED.az xəbər verir ki, “Brent” markalı neftin bir barreli London birjalarında 2,38 % bahalaşaraq 57,69 dollara yüksəlib.
WTI markalı neftin bir barreli isə 2,48 % artımla 54,88 dollara satılır.
Azərbaycan neftinin 1 barrelə olan qiyməti isə 2,49 % artaraq 58,96 dollar təşkil edib.