Fransanın neft-qaz şirkəti "Total SA"nın İcraçı direktoru Patrik Pouyanne, İran sanksiyaları və Venesuelada hasilatın azalması kimi faktorların təsirilə neft qiymətlərinin 2014-cü ildən bəri ilk dəfə 100 dollara qalxmasını gözləyir.
FED.az xəbər verir ki, "Bloomberg Television"a verdiyi müsahibədə, "Bunun yaxşı bir xəbər olduğundan əmin deyiləm", -deyən Pouyanne, sözlərinə "Neft sektoru üçün də yaxşı xəbər deyil; Çünki bilirsiniz ki, qiymətlər çox yüksələndə rəqiblərinizə qapı açmış olursunuz və tələb düşür",- deyib.
Brent neftin barrel qiyməti təxminən dörd ildən bəri bu ay 80 dolları keçib. OPEC-in qiymətləri aşağı salmaq üçün müdaxilə etməyə tələsməyəcəyini açıqlaması da yüksəlişi dəstəkləyib.
İyun ayından bəri neftdə 100 dollar səviyyəsinin geri qayıdacağını bildirən Pouyanne, təklif boşluğunu doldurmaq üçün Səudiyyə Ərəbistanının hasilatı artırmasının bir müddət gecikəcəyini qeyd edib.