2026-cı ildə neftin 1 barelinin orta qiyməti 87,7 ABŞ dolları, təbii qazın min kubmetrinin qiyməti isə 327 ABŞ dolları olacaq.
Neft 45 dollara ensə belə, manata problem olmayacaq
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, 2027-ci il üzrə isə neftin 1 barelinin orta qiyməti 82,8 ABŞ dolları, təbii qazın min kubmetrinin qiyməti isə 294 ABŞ dolları olacaq.
Qeyd edək ki, Mərkəzi Bankın əvvəlki proqnozunda 2026-cı ildə neftin 1 barelinin orta qiyməti 84,5 ABŞ dolları, təbii qazın min kubmetrinin qiyməti isə 324 ABŞ dolları olacağı, 2027-ci il üzrə isə neftin 1 barelinin orta qiyməti 78 ABŞ dolları, təbii qazın min kubmetrinin qiyməti isə 290 ABŞ dolları olacağı açıqlanmışdı.














