Venesuela Prezidenti Nikolas Maduro ölkənin neft yataqlarının böyük bir hissəsi üzərində nəzarəti ABŞ-a vermək təklifini irəli sürüb.
FED.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Sanksiyalardan sonra Rusiya öz neftini - REKORD ENDİRİMLƏ SATMAĞA BAŞLAYIB – YENİ QİYMƏT
Qeyd edək ki, hazırda ABŞ Venesuela ilə meharibəyə hazırlaşır və Amerika hərbi qüvvələri Venesuela sərhədində toplanıb.
Bu vəziyyətdə Venesuela prezidenti Maduro hərbi qarşıdurmadan qaçmaq üçün ABŞ prezidenti Donald Trampa ölkənin enerji ehtiyatlarının böyük bir hissəsinə nəzarəti ələ keçirməsini təklif edib. Nəşrin mənbələrinə görə, Tramp danışıqlardan imtina edib, lakin buna baxmayaraq, tərəflər bu məsələnin müzakirəsini tam dayandırmayıblar, Venesuela sahillərində aviadaşıyıcı qrupunun yerləşdirilməsi isə ABŞ administrasiyasına Maduroya qarşı əlavə təzyiq vasitəsi vermək məqsədi daşıyır.
Bundan əlavə adı açıqlanmayan Avropa məmuru qəzetə bildirib ki, amerikalı nümayəndələr Vaşinqtonun sadəcə olaraq gərginliyi artırdığını və Maduronun ölkəni tərk edəcəyinə və ya həbs olunaraq ABŞ-yə göndəriləcəyinə ümid etdiklərini bəyan edirlər.












