Dekabrın 17-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycandan elektrik enerjisinin tədarükü haqqında saziş imzalayacaq.
Britaniya kömürlə işləyən elektrik stansiyalarının - Təcili İşə Salınmasına Hazırlaşır
FED.az xəbər verir ki, bu barədə Macarıstanın Baş nazirinin mətbuat xidmətinin rəhbəri Bertalan Havaşi deyib.
Elektrik enerjisinin tədarükü Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə Gürcüstan və Rumıniyadan keçməklə nəzərdə tutulur.
B.Havaşi bildirib ki, dördtərəfli saziş Buxarestdə bağlanacaq:
"Viktor Orban bu müqaviləni dekabrın 17-də Buxarestdə imzalayacaq". (Trend)