Böyük Britaniyanın vahid enerji sistemi operatoru “National Grid” kəskin soyuqlar və elektrik enerjisinə tələbatın əhəmiyyətli dərəcədə artması ilə əlaqədar iki ehtiyat rejimdə kömürlə işləyən elektrik stansiyasının işə salınmasına hazırlaşmağı əmr edib.
Alternativ enerji mənbələri üçün verilən torpaqların - İcarə Haqqı Sıfırlanıb
FED.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Söhbət Draks yaşayış məntəqəsindəki (Şimali Yorkşir) istilik elektrik stansiyalarından (İES) gedir. Şirkətdən verilən məlumata görə, onlar zərurət yarandıqda elektrik enerjisinin fasiləsiz verilməsini təmin etməlidirlər.
Bu İES-lərin fəaliyyəti əvvəllər bağlanma planlarına görə dayandırılmışdı. "National Grid"in rəhbəri Con Pettiqryu britaniyalılara 2023-cü ilin yanvar və fevral aylarında mümkün elektrik kəsintiləri barədə xəbərdarlıq edib. O bunu soyuq hava şəraiti, Britaniya elektrik stansiyalarına kifayət qədər qaz tədarükünün olmaması, Fransa, Belçika və Niderlanddan gələn sualtı elektrik enerjisinin azaldılması ilə əlaqələndirib. (Trend)