Azərbaycandan ötən il İtaliyaya 10 milyon 950 min ton neft ixrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə İtaliyaya ixrac edilmiş neftin dəyəri isə təxminən 6 milyard 754,4 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 167,2 min ton (1,5%), dəyərində isə 322,7 milyon dollar (4,6%) azalma baş verib.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycan İtaliyaya 7 milyard 77 milyon dollar dəyərində 11 milyon 118 min ton neft ixrac etmişdi.
Ötən il ərzində İtaliyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 1 049 manat olub ki, bu da 2023-cü ilin göstəricisinə görə 34 manat (3,1%) azdır.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında İtaliya 2024-cü ildə və 2023-cü ildə 1-ci yerdə olub.