İtaliya 2023-cü ildə Azərbaycandan neft idxalına çəkdiyi xərci 2022-ci illə müqayisədə 1% - $7,4 milyarda qədər artırıb.
Ötən il Avropa Azərbaycandan 4 ildə maksimum həcmdə neft idxal edib - STATİSTİKA
FED.az xəbər verir ki, hesabat dövründə İtaliya $4,8 milyard dəyərində “Azeri Light” (azalma 1,7%) və $2,6 milyard dəyərində “Azeri Blend” markalı neft (artım 7,9%) idxal edib.
Xəbər verildiyi kimi, Azərbaycan 2023-cü ildə İtaliyaya neftin əsas tədarükçüsü olub. Ötən il bu ölkəyə 11,3 milyon tona yaxın Azərbaycan nefti ixrac edilib ki, bu da 2022-ci illə müqayisədə 25% çoxdur.
Hesabat dövründə İtaliya “Azeri Light” markalı neftin idxalını 2022-ci illə müqayisədə 17,8% - 7,3 milyon tona qədər, “Azeri Blend” markalı neftin idxalını isə 41,2% - 4 milyon tona qədər artırıb.
2023-cü ildə İtaliya “Azeri Light” markalı neftin bir barelini 89,21 ABŞ dollarına (azalma 15,9%), “Azeri Blend” markalı neftin bir barelini 86,31 ABŞ dollarına (azalma 23,6%), Qazaxıstanın “CPC Blend” və “KEBCO” markalı neftini isə müvafiq olaraq 82,51 və 84,82 ABŞ dollarına alıb.
Ötən il İtaliya üçün bir barel neftin orta idxal qiyməti $85,47 (azalma 14,5%) təşkil edib. Ən bahalı neft növü “CJ Blend” ($100,04), ən ucuz neft növü isə “Baleine” nefti ($66,35) olub. (İnterfaks-Azərbaycan)