Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb.
FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 2,75 dollar və ya 3,4% artaraq 83,45 dollara yüksəlib. Ötən gün "Azeri Light" 80,70 dollara ticarət edilmişdi.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.
Qeyd edək ki, Azərbaycanın 2024-cü il dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 dollardan şesablanıb.
Tarix | Artıb-azalma | Qiymət |
06.01.2024 | +2,75 dollar | 83,45 dollar |
05.01.2024 | -1,37 dollar | 80,70 dollar |
04.01.2024 | +1,88 dolar | 82,07 dollar |
03.01.2024 | -1,37 dollar | 80,19 dollar |
30.12.2023 | -1,31 dollar | 81,56 dollar |