ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının "çox yaxşı vəziyyətdə" olduğunu bildirib və əlavə edib ki, boğazdan gündə orta hesabla 30 tanker keçir və neft axınının davam etməsi səbəbindən qiymətlər gözlənildiyi qədər artmayıb.
FED.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Hörmüz boğazından gündə orta hesabla 30 tankerin keçdiyini bildirib və boğazın "çox yaxşı vəziyyətdə" olduğunu əlavə edib.
Ağ Evdə jurnalistlərin cari hadisələrlə bağlı suallarını cavablandırarkən İrana hücumların yenidən başlamasının məhdud bir planın bir hissəsi, yoxsa daha geniş müharibəyə çevrilmə olub-olmadığını dəqiq qiymətləndirməkdən yayınan Tramp, İranın "uğursuz bir ölkə" olduğunu iddia edib.
Tramp bildirib ki, "Lakin bu, onlara dərs verməyəcəyimiz anlamına gəlmir. Görək nə olacaq".
Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Hörmüz boğazından hər gün təxminən 30 tankerin keçdiyini bildirib və əlavə edib: "Hörmüz boğazı son dərəcə yaxşı vəziyyətdədir. Hər gecə orta hesabla 30 gəmi keçir. Çoxlu neft gəlir. Buna görə də görürsünüz ki, neft qiymətləri ola biləcəyi qədər artmayıb".
ABŞ-ın əvvəlcə Venesuelada, daha sonra isə İranda "çox yaxşı" iş gördüyünü iddia edən Tramp, "İranın heç vaxt nüvə silahı olmayacaq. Əgər İranın nüvə silahı olsaydı, hazırda İsrail adlı bir ölkə olmazdı" şərhini verdi.
Tramp İrana qarşı kimyəvi silahların istifadəsinin mümkün olmadığını bildirərək, deyib ki, Tehranın hərbi imkanları artıq böyük ölçüdə məhv edilib.












