2021-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Azərişıq” ASC-nin nominal dəyəri 90 milyon və 55 milyon olan iki kreditini bağışlayıb.
Eləcə də bax: "Azərişıq" yeni NFC sayğacları istifadəyə verir - VİDEO
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə KMPG audit şirkətinin 2021-ci il üzrə maliyyə hesabatına verdiyi rəydə bildirilir.
Rəydə qeyd edilir ki, bu vəsaitləri Şirkətin kapitalına yönəltmişdir.
Bu kreditlər Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi reyestr əsasında əlavə ödənilmiş kapital kimi tanınmışdır. Şirkət Vergi reyestrində gözlənilən təsdiqlənmədən sonra qeyd olunan məbləğləri nizamnamə kapitalında tanıyacaqdır.
Əlavə ödənilmiş kapitala əsasən dövlətdən alınmış, lakin müvafiq hesabat tarixinə nizamnamə kapitalı kimi qeydiyyata alınmamış 163.28 mln. manat (2020: 37.13 min manat) məbləğində pul vəsaitləri daxildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.