Ötən həftə ərzində (29 iyun-3 iyul) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 0,57 ABŞ dolları və ya 1,33% artıb.
Eləcə də bax: Azərbaycan neftinin qiyməti – BÜDCƏDƏKİ HƏDDƏ YAXINLAŞIR
FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 43,45 dollara bərabər olub.
Həftə ərzində ən yüksək göstərici – 44 dollar təşkil edib, ən minimal göstərici isə 42,65 dollar səviyyəsində olub.