Fransa bu il ilk dəfə olaraq Azərbaycan nefti alıb.
FED.az xəbər verir ki, bu Dövlət Gömrük Komitəsinin açıqladığı 2025-ci ilin yanvar-iyul ayları üzrə xarici ticarət statistikasından görünür.
Hesabata əsasən, 2025-ci ilin iyul ayında Fransaya ümumi dəyəri 41 milyon 317 min dollar olan 81 702 ton xam neft satılıb. Azərbaycan nefti fransızlara 1 tonu 506 dollardan və ya 1 bareli 80,4 dollardan satılıb.
Qeyd edək ki, bu neftin bütün həcmi Fransaya iyul ayında satılıb.
Ümumilikdə Azərbaycan 2025-ci ilin ilk 7 ayında dünyanın 19 ölkəsinə ümumi dəyəri 7 milyard 660 milyon dollar olan 14 milyon 470,6 min ton neft satıb. Xaricə satılan neftin orta qiyməti 1 ton üçün 529 dollar, və ya 1 barel üçün 84 dolar olub.
Azərbaycanın əsas neft alıcısı İtaliya (8,4 milyon ton) və Çexiyadır (1 milyon ton).