Azərbaycandan bu ilin yanvar-sentyabr aylarında Fransaya 165 min 146 ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən verir.
Məlumata görə, Fransaya ixrac edilmiş neftin dəyəri isə 83,5 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 75,4 min ton (84,1%), dəyərində isə 26,4 milyon dollar (46,2%) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayında isə Azərbaycan Fransaya 57,1 milyon dollar dəyərində 89 min 713 ton neft ixrac etmişdi.
Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə Fransaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 859 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 223 manat (20,6%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1082 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Fransa 2025-ci ilin müvafiq dövründə 12-ci, 2024-cü ilin eyni dövründə isə 21-ci yerdə olub.












