“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2023-2024-cü illər üçün “Brent” markalı neftin orta qiyməti üzrə proqnozunu artırıb.
Azərbaycanda neft hasilatı və ixracı durmadan azalır – YENİ RƏQƏMLƏR
FED.az “Fitch”ə istinadən xəbəb verir ki, bu il “Brent” markalı neftin bir barelinin qiymətinin 82 dollar təşkil edəcəyi ehtimal olunur ki, bu da öncəki proqnozdan 2 dollar çoxdur.
Məlumata görə, 2024-cü il üçün agentlik proqnozunu 5 dollar artıraraq, onun 80 dollar səviyyəsində olacağını ehtimal edib.
“Fitch” 2025-ci və 2026-cü illər üçün “Brent”in qiməti üzrə proqnozunu dəyişməyib və onun müvafiq olaraq 70 dollar və 65 dollar səviyyəsində olacağını ehtimal edib.
Bundan başqa, Agentlik 2023-2024cü il üçün WTI markalı neftin bir barelinin qiyməti ilə bağlı gözləntilərini müvafiq olaraq 75 dollardan 78 dollara və 70 dollardan 75 dollaradək yüksəldib.
Agentliyin priqnozuna əsasən, WTI neftinin qiyməti 2025-ci ildə 65 dollar, 2026-cı ildə isə 60 dollar səviyyəsində olacaq (proqnoz dəyişməyib). (Apa)