Azərbaycanda neft hasilatı və neftin ixracı göstəriciləri azalmaqdadır.
Neft gəlirləri azalır, ümid qeyri-neft sektoru və qaz gəlirlərinədir
FED.az xəbər verir ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində respublikada 25,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Hasilatın 15 milyon tonu «Əsrin müqaviləsi»nə daxil olan “Azəri-Çıraq-Günəşli”nin, 3,6 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,5 milyon ton təşkil edib.
2022-ci ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 1,9 milyon ton azalıb. Belə ki, ötən ilin yanvar-oktyabrında ölkədə 27,2 milyon ton neft çıxarılmışdı.
Neft gəlirləri azalır, ümid qeyri-neft sektoru və qaz gəlirlərinədir
Azalmanın böyük hissəsi «Əsrin müqaviləsi»nin payına düşür. Belə ki, bu il «Əsrin müqaviləsiR çərçivəsində 15 milyon ton neft çıxarıldığı halda, ötən il bu göstərici 17,1 milyon ton idi.
Əvəzində bu il Azərbaycanda yeni hasilatı başlanmış «Abşeron» qaz yatağından da kondensat formasında neft almağa başlayıb – 10 ayda təqribən 0,2 milyon ton.
Neft hasilatı ilə yanaşı, neftin ixracı göstəriciləri də aşağı düşüb.
Belə ki, bu il Azərbaycan yanvar-oktyabr aylarında 21 milyon ton neft ixrac edib. Bunun 18,5 milyon tonu «Əsrin müqaviləsi» layihəsi üzrə konsorsiumun, 2,5 milyon tonu isə SOCAR-ın payına düşür.
Bu ötən illə müqayisədə 0,9 milyon ton azdır. Nefytin indiki qiymətini nəzərə aldıqda bu, ixracın təqribən 530 milyon dollar azalması deməkdir.
Belə ki, ötən ilin eyni dövründə ölkədən 21,9 milyon ton neft ixrac edilmişdi. Bunun 20,7 milyon tona yaxını «Əsrin müqaviləsi» layihəsi üzrə konsorsiumun, 1,2 milyon tonu isə SOCAR-ın payına düşüb.
Görüqdüyü kimi, bu il «Əsrin müqaviləsi» üzrə ixrac 2,2 milyon ton azalıb, əvəzində SOCAR-ın ixracı 2 dəfədən çox, təqribən 1,3 msilyon ton yüksəlib.