Qvineya körfəzində, Fil Dişi Sahilinin (Kot-d'İvuar) şelfində daha bir böyük neft yatağı aşkar edilib.
Prezident: “Neft lənətinə” düçar olmamağı bacardıq" - MÜSAHİBƏ
FED.az xəbər verir ki, yatağın ehtiyatları 1,5-2 milyard barel neft və təxminən 67 milyard kubmetr səmt qazı qiymətləndirilir. Kəşfiyyatı İtaliyanın “Eni” enerji şirkəti “Ivorian Petroci” şirkəti ilə birgə aparıb.
2021-ci ildə də bu şirkətlər Fil Dişi Sahilində ilk böyük neft və qaz yatağı kəşf ediblər (ehtiyatları 2,5 milyard barel neft qiymətləndirilir ). Onun birinci mərhələsi keçən il istifadəyə verilib və gündəlik 22 min verir barel neft hasil olunur.
Mütəxəssislərin hesablamalarına görə, 2027-ci ildə Fil Dişi Sahili Afrikanın ən böyük neft istehsalçıları onluğuna daxil olacaq. (Marja)