Nazirlər Kabineti "Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi Qaydaları"nı təsdiq edib.
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Energetika Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə qanunvericiliyin tələblərinə uyğun olaraq enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsinə dair texniki reqlamentlərin hazırlanması ilə bağlı tədbirlər həyata keçirməlidir.