2022-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26 milyard 731,5 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9% çoxdur.
Eləcə də bax: Tarif Şurası benzin və dizellə bağlı qərarını - AÇIQLAYIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 26,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (artım 2,3%), 11 milyard 704,7 milyon manatlıq qeyri-ərzaq malları (artım 3,7%) satılıb.
2022-ci ilin yanvar-iyul aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51,4%-i ərzaq məhsullarının, 4,8%-i içkilər və tütün məmulatlarının, 12,8%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i avtomobil benzini və dizel yanacağının, 4,9%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,9%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,8%, bazar və yarmarkalarda 6,9% artıb, fərdi sahibkarlar üzrə isə 0,5% artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini 213,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 166,3 manatlıq qeyri-ərzaq malları alıb.
2021-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 3,2% artırıb. (İnterfaks-Azərbaycan)