Dünya birjalarında martın 23-də neft kəskin qiymət dəyişmələrindən sonra günü daha yüksək qiymətlə başa vurub.
FED.az xəbər verir ki, Brent nefti gün ərzində 0,84 dollar və ya 3,1% bahalaşaraq 27,87 dollara, WTI nefti isə 0,99 dollar və ya 4,24% bahalaşaraq 24,35 dollara yüksəlib.