Bu ilin noyabr ayında dünya bazarlarında “Brent” etalon markalı neftin 1 barelinin orta qiyməti 63,6 ABŞ dolları təşkil edib, bu da öncəki ayın göstəricisi (64,7 dollar) ilə müqayisədə 1,7% azdır.
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatında bildirilir.
Hesabaha əsasən, bu ilin birinci rübündə dünya bazarlarında “Brent” etalon markalı neftin bir barelinin orta qiyməti 75,6 dollar, ikinci rübündə - 67,8 dollar, üçüncü rübündə isə 69 ABŞ dolları təşkil edib.
Bank xatırladıb ki, 2024-cü ildə “Brent” neftinin orta qiyməti 80,7 dollar səviyyəsində olub, bu da 2023-cü ilin göstəricisi (82,6 dollar) ilə müqayisədə 2,3% azdır.
Məlumata görə, cari ilin noyabr ayında WTI (West Texas Intermediate) etalon markalı neftin 1 barelinin orta qiyməti 59,6 ABŞ dollarına bərabər olub, bu da öncəki ayın göstəricisi (60,2 dollar) ilə müqayisədə 1% azdır.
Qeyd olunub ki, bu ilin birinci rübündə dünya bazarlarında WTI neftinin bir barelinin orta qiyməti 71,4 dollar, ikinci rübündə - 63,9 dollar, üçüncü rübündə isə 65 ABŞ dolları təşkil edib.
Bildirilib ki, ötən il WTI markalı neftin orta qiyməti 75,8 dollar təşkil edib, bu da öncəki ilin göstəricisi (77,7 dollar) ilə müqayisədə 2,4% azdır. (Apa)










