Rusiyada elektrik enerjisi ixracı səlahiyyətinə sahib tək şirkət olan "Inter RAO" tərəfindən verilən məlumata görə, Çin, şirkətə elektrik enerjisi satışını artırması üçün müraciət edib.
FED.az xəbər verir ki, şirkət Çinin müraciətini qiymətləndirir.
Çində xüsusilə kömür qıtlığı səbəbilə bir çox bölgədə elektrik enerjisi fasilələr ilə verilir, zavodlar fəaliyyətini dayandırıb.
Rusiyanın keçən il Çinə elektrik enrjisi ixracı 2019-cu illə müqayisədə 1,3% azalaraq 3 milyard kilovatsaat səviyyəsinə geriləmişdi. (Marja)