Dünyanın ən böyük neft şirkətlərindən biri olan ABŞ-ın “Chevron” şirkəti “Noble Energy”ni 5 milyard dollarlıq bir pay qarşılığında satın alacaq. Beləliklə, “Chevron” Şərqi Aralıq dənizindəki ən böyük yatağa - “Leviathan”a ortaq olacaq.
Eləcə də bax: Neft Fondu Avropa ölkələrinə - SƏRMAYƏNİ AZALDIB
FED.az xəbər verir ki, ABŞ-ın neft şirkəti “Chevron Corp” ABŞ-ın başqa bir enerji şirkəti olan “Noble Energy”ni alacağını açıqlayıb.
“Chevron” 5 milyard dollar dəyərində səhm mübadiləsi ilə qaya neft yataqlarını genişləndirəcək.
ABŞ-ın enerji sənayesində bu il görülən ən böyük alış sövdələşmə “Chevron Occidental Petroleum Corp”un yüksək qiymət təklifinə görə “Anadarko Petroleum Corp”a olan təklifini geri götürdükdən 1 il sonra baş tutub.
Aprel ayında koronavirus böhranı səbəbi ilə tələbin azaldığı üçün neft qiymətləri rekord səviyyəyə endi. Neft bahalaşmağa başlasa da, hazırda bazar durğunluğu davam edir. Virusa yoluxma halları bazarın bərpasını dayandırdığı üçün yoluxma halları aktivləri daha da ucuzlaşdırır.
Londonda yerləşən müstəqil neft və mədən məsləhətçisi “Palissy Advisors”ın prezidenti Anish Kapadia "Chevron kəşfiyyat və istehsal şirkətlərinə qarşı güclü və nisbi performansından istifadə edir və bazardakı enişdən faydalanaraq bəzi yüksək keyfiyyətli aktivlər alır" deyə bildirib.
Qeyd edək ki, razılaşma həmçinin “Chevron”a keçən ilin sonlarında təbii qaz hasilatına başlayan Şərqi Aralıq dənizindəki ən böyük yataq olan “Leviathan”a tərəfdaş olmağa imkan verəcəkdir.