Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Avropa ölkələrinə investisiyalarını azaldıb, Asiya-Sakit Okean ölkələrinə isə artırıb.
Eləcə də bax: Neft Fondunun pulları belə saxlanılır – İNFOQRAFİKA
FED.az xəbər verir ki, Neft Fondunun 2020-ci ilin 6 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il iyunun 30-na ARDNF-in investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 29,33 faizi Avropa təşkil edib. İlin ilk rübünün sonuna olan məlumata görə, fondun coğrafi regionlar üzrə təsnifatında 33,16 faizi Avropa təşkil edirdi. Beləliklə də, cari ilin aprel-iyun aylarında Neft Fondu Avropa ölkələrinə investisiyalarını 3,83 faiz azaldıb.
Müqayisə olunan dövrdə Dövlət Neft Fondunun Asiya-Sakit Okean ölkələrinə investisiyaları isə artıb. Belə ki, cari ilin ikinci rübündə Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında bu ölkələrə investisiyalar ilk rübü ilə müqayisə 33,06 faizdən 35,53 faizə yüksəlib