Energetika Nazirliyinin xidməti minik avtomobillərinin say həddi azaldılıb.
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir ƏIi Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, nazirliyin xidməti minik avtomobillərinin sayı 30-dan 9-a endirilib. Həmin avtomobillər isə yalnız nazirliyin aparatının istifadəsində olacaq.
Beləliklə, nazirliyin yanında olan orqanlar üzrə və ərazi və yerli bölmələr üzrə xidməti minik avtomobillərindən istifadə ləğv edilib.