2023-cü ilin ikinci rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2349 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
bp-Azərbaycan-dan Biznes əməliyyatları - HESABATI
Bu barədə FED.az-a bp-Azərbaycandan bildirilib.
Qeyd edilib ki, 2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
Xatırladaq ki, 2022-ci ilin ikinci rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2268 nəfər təşkil etmişdi.
2022-ci ilin sonunda isə bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2377 nəfər olmuşdu.