"Brent" markalı neftin qiymətinin artımı davam edir. Qiymət artımı 15%-dən çox olub.
Eləcə də bax: Azərbaycan nefti - 22% BAHALAŞDI - SON QİYMƏT
FED.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 16:29-da "Brent" markalı neftin bir bareli üçün iyun fyuçerslərinin qiyməti 15,06% artaraq 34,45 ABŞ dolları təşkil edib.
WTI markalı neftin may fyuçerslərinin qiyməti isə 9,4% artaraq 27,7 dollara çatıb.