2020-ci ildə bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 92 nəfər azalıb.
Eləcə də bax: “BP-Azərbaycan”dan “Biznes əməliyyatları 2020” - Hesabatı
FED.az “BP-Azərbaycan” şirkətinin “Biznes əməliyyatları 2020” hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2442 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2019-cu ilin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2534 nəfər idi.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək. (Marja)