Energetika

Bakıda benzin istehsalı - AZALIB

Bakıda benzin istehsalı - AZALIB | FED.az
15:09 2 Avq 2019

İlin birinci yarısında paytaxtda avtomobil benzininin istehsalı azalıb.

FED.az xəbər verir ki, 6 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 535,6 milyon manat olmaqla əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə sabit qiymətlərlə 1,5 faiz azalıb.

Neft məhsullarından avtomobil benzininin, ağ neftin, sürtkü yağlarının və neft bitimunun istehsalı azalıb.

Yanacaq mazutunun neft-kimya sənayesində istifadə üçün benzinin və dizel yanacağının istehsalı isə artıb.

Digər xəbərlər