Ölkədə aparılan struktur və kadr islahatları davam edir. Məlumata görə, növbəti kadr islahatı “Azəriqaz” İstehsalat Birliyində (İB) aparılacaq.
FED.az məlumat verir ki, “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyevin vəzifəsindən azad olunacağı gözlənilir. Onu yerinə isə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyevin gətiriləcəyi bildirilir.
Eləcə də bax: “Azəriqaz" Gəncədə maaşlardan tutulmalarla bağlı iddialara aydınlıq gətirib
Digər məlumata Əkbər Hacıyev Qaz İxracı İdarəsinə rəsi təyin olunacağı qeyd olunur.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov açıqlamasında mətbuat xidmətinə belə bir məlumatın daxil olmadığını bildirib.
İlham Əliyev “Azəriqaz”a xəbərdarlıq etmişdi
““Azəriqaz” insanlara problemlər yaradır”. Bunu Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bildirmişdi
"“Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır",- İlham Əliyev xəbərdarlıq edərək demişdi.
Modern