2022-ci ilin ilk 6 ayında Azərbaycan xaricə ümumi dəyəri 35 milyon 213 min dollar olan 623,9 milyon kilovatsaat elektrik enerjisi ixrac edib.
Eləcə də bax: Azərbaycanın qaz ixracından gəlirləri 5 dəfəyə yaxın artıb - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Xaricə satılan elektrik enerjisnin qiyməti 1 kilovat saat üçün 5,64 sent və ya 9,6 qəpik təşkil edib.
Ötən illə müqayisədə Azərbaycanın xaricə ixrac etdiyi enerjinin 23,3% azalıb. Belə ki, 2021-ci ilin eyni dövründə Azərbaycan xaricə 813,3 milyon kilovat saat enerji icrac etmişdi. Bununla yanaşı, enerjinin satışından daxil olan vəsait 2,2 milyon dollar və ya 6,7% daha çox olub. Belə ki, 2021-ci ilin ilk yarısında xaricə satılan enerjinin ümumi dəyəri 33 milyon dollar olmuşdu.
Bunun səbəbi enerjinin qiymətinin artmasıdır. Belə ki, 2021-ci ildə Azərbaycan enerjinin hər 1 kilovat saatını xaricə 4,06 sent və ya 6,9 qəpiyə ixrac edirdisə, bu ilki qiymət yuxarıda qeyd edildiyi kimi, 5,64 sent və ya 9,6 qəpik təşkil edib.